Qaret Sautqeyt müqaviləsini uzatmaq istəyir

İngiltərəli təcrübəli mütəxəssis Qaret Sautqaeyt milli komanda ilə müqavilə müddətini uzatmaq istəyir. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, baş məşqçi yazda keçiriləcək Avropa kubokundan sonra da milli komandanı çalışdırmaq istədiyini bildirib. 

Qaret Sautqeyt 2026-cı ildə keçiriləcək Dünya Çempionatında da İngiltərə millisini çalışdırmaq istədiyini və qələbə qazanmaq üçün nə lazımdırsa edəcəyini deyib. 

Qeyd edək ki, İngiltərə Futbol Federassiyasının rəsmiləri də təcrübəli mütəxəssisin işindən razı qaldığı üçün təklifi dəyərləndirəcəklərini bildiriblər.