Qarnaço qərarını verdi
"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço karyerası ilə bağlı qərar verib.
Sportline.az "Sunday Mirror" nəşrinə istinadən xəbər verir ki, Qarnaço "Mançester Yunayted"də qalmaq niyyətindədir.
20 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Qarnaço bu mövsüm çıxış etdiyi 46 matçda 9 qol və 8 asistlə yadda qalıb.