Qattuzo maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb
“Marsel”in baş məşqçisi Cennaro Qattuzo Avropa Liqasının 1/16 final mərhələsində “Şaxtyor”la ilk oyundakı (2-2) heç heçəni şərh edib.
Sportline.az xəbər verir ki,oyun zamanı Fransa təmsilçisi 2 dəfə önə keçsə də,sonda qalib gələ bilməyib.
“RMC Sport’a verdiyi müsahibədə mütəxəssis :“30 illik təcrübəmdə belə şey görməmişəm.Güclü zərbə alanda psixi cəhətdən çətin olur.Bir məşqçi kimi sizi əmin edə bilərəm ki, 400-dən çox oyuna belə hal olmayıb",-deyib.
Qeyd edək ki, “Marsel” bütün turnirlər daxil olmaqla 6 oyundur ki qələbə qazana bilmir.