Qax klubunun direktoruna 5 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportline.az xəbər verir ki, toplantıda 2-ci liqanın 7-ci turunun oyunları ilə bağlı qərarlar qəbul edilib.
“Kürmük Qax” - “Şəfa” oyunu bitdikdən sonra “Kürmük Qax” klubunun direktoru Əlövsət Bayramov hakimlər otağına icazəsiz daxil olaraq oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirdiyinə görə 5 oyun cəzalanıb, “Kürmük Qax” klubu 400 manat cərimə edilib.