Qaxda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan şahmat tədbiri keçirilib
Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə Qaxda ilk dəfə eyni anda 100 lövhədə seans keçirilib.
AŞF-dən Sportline.az-a verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə Türkan Məmmədyarova, Abdulla Qədimbəyli, Gövhər Beydullayeva və Xanım Balacayeva balaca rəqiblərinə qarşı mübarizə aparıblar.
Seansın sonunda qrossmeysterlər cəmi 68 lövhədə qələbə qazanıb, 30 oyun heç-heçə ilə başa çatıb və 2 görüşdə şahmatçılar məğlub olub.
Tədbirin sonunda yeniyetmələrə Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlər növbəti aylarda da Bakıda və digər regionlarda da təşkil olunacaq.