Qazaxıstanlı futbolçu dünya nəhənginə keçə bilər
“Zenit”in qazaxıstanlı futbolçusu Nurali Alip dünya nəhənginin diqqətindədir.
Sportline.az "El.kz"a istinadla xəbər verir ki, müdafiəçi “Mançester Yunayted”in radarındadır.
Hətta İngiltərə klubunun skautları 23 yaşlı qazaxıstanlının Sloveniya millisi ilə oyunda çıxışını da izləyib.
Qeyd edək ki, 2022-ci ildən "Zenit" formasnı geyinən Alip 44 oyuna çıxıb.