"Qaziantepspor"da yarpaq tökümü

"Qaziantepspor" klubu 2 futbolçu ilə yollarını ayırıb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Qaziantep təmsilçisi Oğulcan Çağlayan və Naufel Xaçaeflə müqaviləyə qarşılıqlı olaraq xitam verib.

Klub rəhbərliyi açıqlamsında :"İnkişaf etmək üçün bəzən ayrılıqları qəbul etmək lazımdır. Hər iki futbolçuya təşəkkür edir gələcək karyeralarıda uğurlar arzulayırıq",-deyib.

Qeyd edək ki, "Qaziantepspor" klubu hazırda Türkiyə Super liqasında 21 xalla 16-cı pillədə qərarlaşıb.