"Zirə" xal itirdi, Qəbələdə gözlənilməz hesab
Azərbaycan Premyer Liqasında XVI turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün daha iki qarşılaşma olacaq.
Əvvəlcə meydana “Qəbələ” ilə “Kəpəz” komandaları çıxacaqlar.
Günün ikinci matçında isə “Zirə” “Araz-Naxçıvan”ı qəbul edəcək.
Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Sumqayıt”a 6:1 hesabı ilə qalib gəlib.
“Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” oyunları dekabrın 10-da keçiriləcək.
Premyer Liqa
XVI tur
9 dekabr (şənbə)
15:00. “Qəbələ” – “Kəpəz” 0-3
Qol: Giorgi Papunaşvili, 6, 72, Adama Niane, 70
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu
17:00. “Zirə” – “Araz-Naxçıvan” 0-0
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu