"Qəbələ" legioneri ilə vidalaşdı

“Qəbələ” klubu israilli futbolçu Gilad Abramov ilə yollarını ayırıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-cü ilin iyulundan "Qəbələ"də çıxış edən legioner qırmızı-qara formada 23 matç keçirib.

G.Abramov Premyer Liqada 19, Azərbaycan Kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.