"Qəbələ" "Sabah" qarşısına itkilərlə çıxacaq
“Qəbələ” Premyer Liqanın 26-cı turunda “Sabah”la üz-üzə gələcək.
Sportline.az xəbər verir ki, oyun “Bank Respublika Arena”da keçiriləcək.
“Qəbələ” bu görüşə itkilərlə çıxacaq.
Belə ki, zədəli Samuel Tetteh, Asif Məmmədov və Nicat Əliyev bərpa prosesi keçirlər.
Qeyd edək ki, “Sabah” – “Qəbələ” görüşü bu gün saat 17:30-da başlanacaq.