"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
"Qəbələ"dən ayrılan Adriel Ba Luanın yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, o, karyerasını Cənubi Koreyada davam edəcək. 30 yaşlı yarımmüdafiəçi Yüksək liqa təmsilçisi "Qvanqju"ya keçib.Bu haqda klubun mətbuaat xidməti məlumat yayb..
Tərəflər 1 illik müqavilə imzalayıblar.
Qeyd edək ki, Ba Lua 2025/26 mövsümündə "Qəbələ"də oynayıb.