"Qəbələ"nin rəqibi məlum oldu
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.
Sportline.az xəbər verir ki, bu gün "İmişli" doğma meydanda "Mingəçevir"i qəbul edib.
I Liqa təmsilçilərinin dueli ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
"İmişli" ölkə kubokunun 1/8 final mərhələsində "Qəbələ" ilə qarşılaşacaq.
“İmişli” – “Mingəçevir” 1:0
Qol: Həzrət İsayev, 87 (pen)