"Qəbələ"nin sabiq baş məşqçisindan maraqlı açıqlama
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin karyerası ilə bağlı sualları cavablandırıb.
Sportline.az xəbər verir ki, rusiyalı mütəxəssis "RB Sport"a müsahibəsində iş metodundan danışıb.
O, özünü digərlərindən fərqləndirən cəhətini də izah edib.
"Təsir eləyə biləcəyim, öz üslübümü tətbiq edə biləcəyim yerdə işləyərəm", deyə Syomin bildirib.
Qeyd edək ki, "Lokomotiv", "Dinamo", "Anji", "Kuban" və digər klublard çalışan Syomin "Qəbələ"nin də baş məşqçisi olub.