"Qələbəni yalnız mən qazanmamışam"
"Qələbəni yalnız mən qazanmamışam".
Sportline.az xəbər verir ki, bu sözləri "Los-Anceles Klippers"in ulduz bastbolçusu Ceyms Harden oyunsonrası fikirlərini bölüşərkən deyib.
"26 xal qazanmışam, düzdür. Amma qələbədə komanda yoldaşlarımın da böyük payı var. Onların əziyyəti böyükdür", - deyə Harden bildirib.
Qeyd edək ki, "Los-Anceles Klippers" "Sakramento Kinqz"i 131-117 hesabı ilə məğlub edib.