Qeyri-adi təqdimat mərasimi
Çilili ulduz futbolçu Arturo Vidal 17 il sonra yetirməsi olduğu “Kolo-Kolo”ya geri qayıdıb.
Sportline.az xəbər verir ki, təqdimat mərasimi üçün stadiona helikopterlə gələn Vidal daha sonra əlində qılınc ata minərək azarkeşləri salamlayıb.
Almaniyada “Bayer Leverkuzen” və “Bavariya”, İtaliyada “Yuventus” və “İnter”, İspaniyada “Barselona” forması geyinən Vidal, bu komandalar ilə 9 liqa çempionluğu yaşayıb.
Təcrübəli futbolçu 2015 və 2016-cı illərdə Çili milli komandası ilə “Kopa Amerika”nın qalibi olub.
Son olaraq “Atletiko Paranaense”nin uğurları üçün çalışan yarımmüdafiəçi ötən ay “Kolo-Kolo” ilə müqavilə imzalayıb.