"Qırmızı şeytanlar"a daha bir zərbə
"Mançester Yunyated" daha bir xəbərlə azarkeşlərini məyus edib.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, komandanın yarımmüdafiəçisi Kazemiro zədələnib.
“Kazemironun vəziyyəti ilə bağlı yekun nəticəyə gəlmək üçün bir gün gözləməliyik, amma düşünürəm ki, onu şənbə günü "Fulhem"lə matçda görməyəcəyik”, - deyə "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq bildirib.
Qeyd edək ki, son matçında "Mançester Yunayted" "Nyukasl"a doğma meydanda 0:3 hesabı ilə uduzub.