Qış transferlərinə ən çox vəsait xərcləyən klub

Avropanın ən böyük 5 liqası hesab olunan Premyer Liqa, La Liqa, Bundesliqa, Seria A və Liqa 1-də transfer dönəmi  sona çatdı.

Sportline.az xəbər verir ki, qış transfer dönəmində ən çox pul xərcləyən klub Liqa 1-də çətin günlər keçirən “Lion” oldu.

19 həftəsi geridə qalan Fransa çempionatında 16 xalla 16-cı yerdə qərarlaşan “Olimpik Lion” transfer etdiyi və ya icarəyə götürdüyü oyunçular üçün ümümilikdə 50.13 milyon avro vəsait xərcləyib.

"Transfermarkt"ın məlumatına görə, transfer olunan oyunçular və qiymətləri belədir:


Malik Fofana 17, Gift Orban 12 milyon avro (“Gent”)
Adrielson 3.58, Lukas Perri 3.25 milyon avro (“Botafoqo”)
Nemanya Matiç 2.60 milyon avro (“Renn”)
Orel Manqala (icarə) 11.7 milyon avro (“Nottingem Forest”).

Qeyd edək ki ,siyahının ikinci sırasında 40 milyon xərclə “Barselona” və PSJ yer alıb.

İlk üçlüyü isə 30 milyon avro ilə “Bavariya” tamamlayır.