"Qızıl Ayaqqabı" mükafatına namizədlərin siyahısı açıqlanıb

"Qızıl Ayaqqabı" mükafatı üçün namizədlərin adına aydınlıq gəlib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, siyahıya 72 matçda 36 qol vuran futbolçu Erik Holand başçılıq edir. Hari Keyn 30, Kilian Mbappe isə 29 qolla 2-3-cü pillələri bölüşür. 

Aleksander Lakazet 27 qolla 4-cü Viktor Osimhen isə 26 qolla ilk 5-yi tamamlayır.

Qeyd edək ki, "Qızıl Ayaqqabı" mükafatı mövsümümn sonunda ən çox qol vuran futbolçuya təqdim olunacaq.