"Qızıl top" səsverməsinin nəticələri ədalətlidir"
"Qızıl top" səsverməsinin nəticələri ədalətlidir".
Sportline.az xəbər verir ki, bunu "Lokomotiv" klubunun keçmiş rəhbəri Nikolay Naumov "Qızıl top"un qalibinə səsvermənin nəticələri ilə bağlı fikirlərini "Vprognoze.ru"ya bölüşüb.
“Qızıl top"un qalibi ciddi ekspertlərin rəyi ilə müəyyən edilib. Onların bacarıqlarına şübhə etməyə heç bir əsasım yoxdur. Hesab edirəm ki, onlar haqlıdırlar”, - deyə Naumov bildirib.
Qeyd edək ki, "dünyanın ən yaxşı futbolçusu" mükafatı "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messiyə verilib.