"Qolden Steyt Varriors"un basketbolçusu zədəsini sağaldıb
"Qolden Steyt Varriors"un basketbolçusu meydanlara geri dönüb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli basketbolçu Kris Paul 7 həftəlik zədənin ardından yenidən komandasına kömək edə biləcək.
"Qolden Steyt Varriors"da çıxış edən basketolçunun komandadakı illik maaşı 28,4 milyon dollardır.
Qeyd edək ki, Kris Paul "Detroit Pistons"la görüş zamanı əli sınmışdı.