Qoretzka “Bavariya”dan ayrılır

"Bavariya"nın futbolçusu Leon Qoretzkaya "Yuventus"un rəhbərliyi maraq göstərir.

Sportline.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.

Futbolçunun 2026-cı ilin iyununda müqaviləsinin bitəcəyini nəzərə alan "Yuventus" futbolçunu heyətinə qatmaq istəyir.

Artıq futbolçunun agentləri ilə də ilkin danışıqlar aparılıb.