Medina "Qranada" ilə müqavilə imzaladı

İspaniyanın "Qranada" klubuna yeni baş məşqçi təyin olunub.

Sportline.az İspaniya klubunun mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, uruqvaylı mütəxəssis Aleksandr Medinadır.

Medina bu vəzifədə Pako Lopezi əvəz edib. O, 2022-ci ilin noyabrından klubda çalışıb, rəhbərlik onu 26 noyabr 2023-cü il bazar günü işdən çıxarıb.

2023/24 mövsümündə İspaniya çempionatının 14 turundan sonra “Qranada” 7 xalla turnir cədvəlinin sonuncudan əvvəlki, 19-cu pilləsində qərarlaşıb.

45 yaşlı Mədinə əvvəllər Uruqvay Nacional, Braziliyanın Internacional və Argentinanın Talleres və Velez Sarsfield komandalarını çalışdırıb.