Qrizmann "Atletiko"nun əfsanəsi olmaq istəyir
“Atletiko"da önəmli biri olmaq, bu klubun əfsanəsi olmaq istəyirəm".
Sportline.az xəbər verir ki, bunu "Marca"ya açıqlamasında "Atletiko"nun forvardı Antuan Qrizmann deyib.
"Cari mövsüm üçün çoxlu hədəflərim var. La Liqanı qazanmaq istəyirəm. Mən bunu heç vaxt etməmişəm. Çalışmalıyıq və görməliyik ki, qalib gəlmək üçün bəxtimiz gətirir, ya yox”, - deyə Qrizmann bildirib.
Təcrübəli futbolçu cari mövsüm "Atletiko"da16 oyunda 12 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.