Qvardiola: "Akancinin transferi sadəcə möhtəşəmdir, o, üç mövqedə oynaya bilər"

"Akancinin transferi sadəcə möhtəşəmdir, o, üç mövqedə oynaya bilər".

Sportline.az xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Fabrizio Romanoya müdafiəçi Manuel Akanci barədə danışarkən deyib.

"Mançester Siti" görün nə qədər transfer etdi?! Akanci, Akanci və Akanci. O, müdafiəçi, mərkəz müdafiəçisi və yarımmüdafiəçi mövqelərini əhatə edə bilər. Akanci sürətli və güclüdür”, – deyə Qvardiola bildirib.

Akanci "Mançester Siti"yə ötən il "Borussiya Dortmund"dan keçib.