Qvardiola: "Bu il 2 mükafat olmalıdır"
"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola ilin ən yaxşısı seçiləcək futbolçulardan danışıb.
Sportline.az xəbər verir ki, bu barədə Qvardiola məşhur insyader Fabrizio Romanoya müsahibəsində deyib..
“Mən həm Messiyə, həm də Haalanda rəğbət bəsləyirəm. Messi qalib gəlsə, bu, dünya çempionatına görə ədalətli qələbə olacaq. Haaland qalib gəlsə, keçirdiyi mövsümə görə ədalətli olacaq. Bu il iki mükafat olmalıdır! Hər ikisi qələbəyə layiqdirlər”, - deyə Qvardiola bildirib.