Rafael Nadan fransalı ulduzun keçidi üçün "Real Madrid"ə kömək etmək istəyib

Məşhur tennisçi Rafel Nadal Kilian Mbappenin transferi üçün "Real Madrid"ə kömək etmək istəyir.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Nadal "kral" klubunun rəsmiləri ilə görüşərək:"Mbappe komanda üçün vacib futbolçudur. Əgər transferində çətinlik varsa mən də kömək edəcəyəm",-deyib.

"Real Madrid" rəsmiləri isə tennisçiyə təşəkkür edib və hər şeyin qaydasında olduğunu bildiriblər.

Qeyd edək ki, Rafal Nadal daha öncə də "Real Madrid" azarkeşi olduğunu demişdi.