Ramil Şeydayev 1 hissə oynadı

Bu gün Tailand çempionatında 12-ci tura start verilib.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” səfərdə "Muanq Tonq Yunayted"in qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

Ramil Şeydayev meydana start heyətində çıxıb və fasilədə - hesab 1:1 olarkən əvəzlənib. Şeydayev oyunda qol vura bilməyib.

Bu nəticədən sonra “Buriram Yunayted” 18 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.