Ramil Şeydayevin yeni baş məşqçisi bilindi

Millimizin hücumçusu Ramil Şeydayevin yeni baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, Turkiyə 1-ci liqasında çıxış edən “Kocaelispor”u Mustafa Gürsel çalışdıracaq.

Bu barədə məlumatı Kocaeligündem.com saytı yayıb. O, qarşılıqlı razılıq əsasında yolları ayrılan Ertoğrul Sağlamı əvəz edəcək.

Qeyd edək ki, “Kocaelispor” liqada keçirdiyi 22 görüşdə 13 qələbə, 4 bərabərlik və 5 məğlubiyyətlə yadda qalıb.

Aktivində 43 xalı olan komanda 3-cü sırada qərarlaşır.