Ramil Şeydayev start heyətdə
Türkiyə 1-ci Liqasında 20-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin də şərəfini qoruduğu "Kocaelispor" bu gün "Altay"ın qonağıdır.
Ramil oyuna start heyətdə başlayacaq. Bu, futbolçumuz üçün yeni komandasında debüt olacaq.
Qeyd edək ki, "Altay" - "Kocaelispor" matçı Bakı vaxtilə saat 20:00-da başlanacaq.