Ramil Şeydayevi oyun zamanı döydülər
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailand “Buriram Yunayted”inin Asiya Çempionlar Liqasında Çinin "Zhejiang"ına qarşı matçından sonra dava düşüb.
Sportline.az xəbər verir ki, matçdan dərhal sonra hər iki komandanın oyunçuları və məşqçiləri arasında kütləvi dava düşüb. Şeydayev də münaqişənin iştirakçısı olub. Çin klubunun bir çox futbolçusu R.Şeydayevi döyüblər.
Qeyd edək ki, görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.