Ramil Şeydayevin çıxış etdiyi klub gürcüstanlı futbolçu ilə razılaşıb
Milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" klubu gürcüstanlı futbolçunu transfer edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə klubu 27 yaşlı yarımmüdafiəçi Ceori Karaşvilini heyətinə qatıb.
"Kocaelispor" klubunun rəsmləri "Ferensvaroş"dan transfer olunan futbolçu ilə 2 illik müqavilə imzalandığını bildiriblər.
Qeyd edək ki, Ceorci Karaşvili bu mövsüm cəmi 4 matçda meydana çıxıb.