Ramos bu səbəbə görə klubsuz qalıb

Ötən mövsümü “Sevilya”da keçirən 38 yaşlı müdafiəçi Serxio Ramos hazırda azand agent statusundadır. 

Sportline.az xəbər verir ki, "Qalatasaray"ın da maraq dairəsində olan futbolçunun “Botafoqo” ilə danışıqları maliyyə tələblərinə görə alınmayıb.

Ümumiyyətlə, Braziliya komandalarının Serxionun maaş gözləntilərini qarşılaması mümkün görünmür.

Bu səbəbdən təcrübəli müdafiəçinin MLS komandalarından təklif gözlədiyi və Lionel Messi kimi Amerikada oynamaq istədiyi bildirilir.

Bu baxımdan, “San Dieqo” klubu Ramos üçün ən real namizəd kimi görünür.