Ranyeri "Sampdoriya"da

Klaudio Ranyerinin "Sampdoriya"ya keçidi rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssislə 2021-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Eusebio di Françeskonu əvəzləyib.

Qeyd edək ki, "Sampdoriya" İtaliya A seriyasında 7 turdan sonra 3 xalla sonuncu pillədə qərarlaşıb.