Rayan Kent azakeşləri qəzəbləndirib

"Fənərbağça"nın bu mövsüm transfer ettiyi futbolçu Rayan Kent azarkeşlər tərəfindən tənqid olunub.

Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, 27 yaşlı hücumçunun son 6 oyunda göstərdiyi performansa görə azarkeşlər qəzəblənib. Mediada yayılan xəbərlərə görə "Fənərbağça" fanatları Rayan Kenti ən uğursuz  transfer adlandırıblar. 

İngiltərəli futbolçu isə bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. 

Qeyd edək ki, Rayan Kent bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 12 oyunda 1 qol 2 asistlə yadda qalıb.