"Real" 17 yaşlı futbolçu ilə maraqlanır
İrlandiyanın “Şemrok Rovers” klubunun futbolçusu Nec Razi “Real Madrid”in radarındadır.
Sportline.az “Marca” qəzetinə istindla xəbər verir ki, Kral klubunun skautları 17 yaşlı irlandiyalını bu il Macarıstanda təşkil edilən 17 yaşadək futbolçuların Avropa çempionatında İrlandiya - İspaniya matçında "kəşf ediblər".
Perspektiv vəd edən Razi ilə "Çelsi" və "Arsenal" da maraqlanır.
Maraqlıdır ki. böyük ümidlər bəslənən gənc futbolçu cari mövsüm İrlandiya çempionatında 3 oyun keçirsə də, heç nə ilə yadda qala bilməyib.