"Real" bu göstəricidə liderdir
Madrid "Real"ı məvacib limitinə görə İspaniya La Liqasının lideridir.
Sportline.az xəbər verir ki, madridlilər futbolçularına 754,9 milyon avro maaş ödəyə bilərlər.
Bu haqda İspaniyanın nüfuzlu "Marca" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bu məbləğ yay transfer pəncərəsindən sonra təyin olunub.
Qeyd edək ki, bu göstəricidə ikinci yeri 426 milyon avro ilə "Barselona" tutur.