"Real" daha bir futbol ulduzunu heyətə qatır

"İnter"in hücumçusu Mauro İkardi İtaliya karyerasını başa vurmaq üzrədir.

Sportline.az xəbər verir ki, argentinalı ulduzun Madrid "Real"ı ilə razılığa gəldiyi açıqlanıb. 

İtaliya mətbuatında yayılan məlumata görə, bu gün tərəflər arasında bu mövzu ilə bağlı görüş də olub. 

Qeyd edək ki, "İnter" rəhbərliyi və baş məşqçi Luçano Spaletti ilə münasibətləri heç də yaxşı olmayan 26 yaşlı futbolçunun transfer qiyməti, 90 milyon avrodur.