"Real" gənc ulduzu ilə müqavilənin müddətini uzadır

"Real Madrid" daha bir uzunmüddətli müqaviləyə hazırlaşır.

Sportline.az məşhur insayder Fabritsio Romanoya istinadla xəbər verir ki, "Kral" klubu yarımmüdafiəçisi Eduardo Kamavinqanı 2029-cu ilin yayına qədər komandada saxlamaq niyyətindədir.

"Real" yaxın vaxtlarda yeni müqaviləni rəsmi olaraq elan edəcək. 20 yaşlı fransalı futbolçu 2021-ci ildə "Renn"dən 31 milyon avroya transfer olunub.