Real İPL-dən 4 futbolçunu heyətinə qatmaq istəyir

"Real" növbəti yay transfer mövsümündə heyətini genişləndirmək istəyir.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Los-Blanksos" İngiltərədə çıxış edən 4 futbolçunu heyətinə qatmaq istəyir.

Bunlar Trend Aleksandr Arnold ("Liverpul"), Rodri ("Mançester Siti"), Vilyam Saliba ("Arsenal") və Kristian Romerodur ("Tottenhem").

Xəbərdə bildirilir ki, "Kral klubu" oyunçularını istədiyi "Mançester Siti"nin məhkəmə işləri ilə yaxından maraqlanır.

Qeyd edək ki, Madrid klubu bu mövsüm La Liqada 5 turdan sonra 11 xal toplayıb.