"Real' ispaniyalı oyuçusu ilə yeni müqavilə imzalayacaq

"Real" müdafiəçisi Dani Karvaxala yeni müqavilə təklif etməyi planlayır.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Kral klubu" 32 yaşlı futbolçunu komandada tutmaq istəyir.

Xəbərdə bildirilir ki, Karvaxal özü də burada xoşbəxtdir və o, Luka Modriçdən sonra komandanın kapitanı olacaq.

2010-cu ildən paytaxt klubunda çıxış edən Karvaxal bu müddət ərzində meydana çıxdığı 525 oyunda 17 qol vurub, 81 asist edib.

Qeyd edək ki, təcrübəli futbolçu "Real"la 6 dəfə çempionlar Liqasının, 4 dəfə isə La Liqanın qalibi olub.