"Real Madrid" 18 yaşlı futbolçu ilə maraqlanır

Müdafiə xəttini gücləndirmək istəyən "Real Madrid" 18 yaşlı futbolçu ilə razılıq əldə etməyə yaxındır.

Spoerline.az Sporx.com-a istinadla xəbər verir ki,  "Lill"də çıxış edən Leni Yoro karyerasını İspaniya La Liqasında davam etdirə bilər. 

Fransa klubu isə gənc futbolçu üçün 60 milyon avro tələb edib "Real Madrid" rəsmiləri isə təklifi qəbul edəcəklərini bildiriblər. 

Qeyd edək ki, Leni Yoro bu mövsüm çıxdığı 26 rəsmi matçda 3 qolla yadda qalıb.