“Real Madrid” 3 futbolçu ilə maraqlanır
"Real Madrid" klubu heyətini 3 futbolçu ilə gücləndirmək niyyətindədir.
Sportline.az Marka nəşrinə istinadla xəbər verir ki, İspaniya klubu Kilian Mbappe və Deyvison Sançes və Leni Yoro ilə danışıqlara başlayıb.
Hər 3 futbolçunun "Real Madrid"lə şəxsi razılıq əldə etdiyi bildirilib.
Qeyd edək ki, "Kral" klubunun rəsmiləri futbolçuların keçidini ən qısa müddətdə gerçəkləşdirməyə çalışacaq.