"Real Madrid” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

Klubun rəsmi saytından verilən məlumatda 26 yaşlı mərkəz müdafiəçisi ilə 2028-ci ilə qədər müqavilə uzatdığı bildirilir.

Sportline.az xəbər verir ki, Eder Militao 2019-cu ildən “Porto”dan Kral klubuna keçib.Bu müddət ərzində komandası ilə 143 matça çıxan oyunçunun aktivində 11 qol və 5 məhsuldar ötürmə var.

Transfermarkt portalına görə transfer qiyməti  70 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Eder Militao karyerası ərzində "San Paulo" və "Porto" klublarının şərəfini qoruyub.