"Real Madrid" Erik Holand üçün təklif göndərəcək
"Real Madrid" klubu norveçli ulduz futbolçu Erik Haalandın transferində maraqlıdır.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "kral" klubu Cud Bellingemin keçmiş komanda yoldaşı üçün "Mançester Siti"yə 150 milyon avro təklif edəcək.
"Real Madrid" klubu Cud Bellingemdən keçmiş komanda yoldaşı ilə görüşməsini istəyib.
Qeyd edək ki, Erik Haaland bu mövsüm "Mançester Siti" forması ilə 22 oyunda 19 qol, 5 asistlə yadda qalıb.