"Real Madrid" fransalı ulduza son dəfə təklif göndərəcək

"Real Madrid" klubu fransalı ulduz üçün "PSJ"yə son dəfə təklif göndərəcək.

Sportline.az xəbər verir ki, "kral" klubu Kilian Mbappeyə komandaya qatılması üçün son dəfə şans verəcək. 

Florentino Perez fransalı ulduza zəng edərək bu dəfə son təklif olduğunu bildirib. 

Qeyd edək ki, Kilian Mbappe mövsüm sonunda "PSJ"dən ayrılmaq istədiyini deyib.