"Real Madrid" futbolçusu ilə "nikah təzələyir"
"Real Madrid" belçikalı qapıçısı Tibo Kurtua ilə yola davam etmək qərarına gəlib.
Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, Madrid klubu təcrübəli futbolçuya 2 illik yeni müqavilə təklif edib.
33 yaşlı kiper bu təklifi qəbul edib və klubda xoşbəxt olduğunu dilə gətirib.
Qeyd edək ki, T.Kurtuanın hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.