"Real" Madrid heyətini qapıçı ilə gücləndirmək istəyir
"Milan"ın qapıçısı Mik Menyan karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, "Real" fransalı qolkiperin xidmətində maraqlıdır.
"Milan" klubu isə 29 yaşlı qapıçı ilə yolları ayırmaq niyətində deyil. Klub rəhbərliyi onunla yeni müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, ötən mövsüm İtaliya klubunun heyətində 42 oyuna çıxan Menyan bu görüşlərdə 52 qol buraxarkən 15 dəfə qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, onun hazırda "Milan"la 2026-cı ilə qədər müqaviləsi var.