"Real Madrid"də daha bir itki

"Real Madrid" klubu daha bir itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, "kral" klubunun aparıcı oyunçularından olan Xoselu Mato zədə üzündən uzun müddət komandaya kömək edə bilməyəcək. 

Komanda rəsmiləri futbolçunun sağ ayaq biləyində ciddi zədənin yarandığını və müalicəyə başladığını bildiriblər.

Qeyd edək ki, Xoselu Mato bu mövsüm "Real Madrid" forması ilə çıxdığı 35 oyunda 13 qol, 4 asistlə yadda qalıb.