"Real Madrid"in fransalı ulduza ödəyəcəyi məbləğ bəlli oldu
"Real Madrid" klubunun fransalı ulduza ödəyəcəyi məbləğ bəlli olub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "kral" klubu Kilian Mbappeyə imza atması üçün 150 milyon avro ödəyəcək. İspaniya klubu məbləği 3 fərqli hissələrə ayıraraq ödəmək barədə düşünür.
Kilian Mbappenin klubdakı illik maaşı 15 milyona vro olaraq nəzərdə tutulub.
Qeyd edək ki, Kilian Mbappenin imza atması üçün ödənəcək məbləğ tarixdə bir ilk olacaq.