"Real Madrid"in ulduzu zədələnib

"Real Madrid"in ulduz futbolçusu Cud Bellingem zədələnib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, ingiltərəli gənc ulduz Cud Bellingemin ayaq biləyində burxulma qeydə alınıb. 

"Real Madrid" klubunun həkimləri Bellingemin zədə səbəbindən 2-3 həftə yaşıl meydanlardan kənar qala biləcəyini deyiblər.

Qeyd edək ki, Cud Bellingem "Rayo Valekano", "Valensiya" və "Sevilya" ilə görüşlərdə komandasına kömək edə bilməyəcək.